Bakıda bu ilin sonunda keçiriləcək YUNESKO-nun qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Hökumətlərarası Komitəsi 8-ci iclasının təşkilati məsələlərini müzakirə etmək məqsədilə Bakıda səfərdə olan nümayəndə heyəti ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin görüşü olub. SİA-nın məlumatına görə, YUNESKO katibliyinin nümayəndə heyəti ilə görüşdə YUNESKO və Azərbaycan arasında əməkdaşlığın genişlənməsi və qeyri-maddi mədəni irs sahəsində həyata keçirilən birgə layihələr, həmçinin Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək 8-ci iclasın müvafiq prosedur qaydaları müzakirə edilib.
Nazirlə görüşdən sonra qonaqlar komitənin iclasının keçiriləcəyi yerə, tədbirdə Bakıya gələcək nümayəndə heyətlərinin yerləşdiriləcəyi mehmanxanalara baxış keçiriblər.