"Bakı" - "Atletiko" yoxlama matçının vaxtı müəyyənləşib. Siasport.az saytının məlumatına görə, ispanlar Bakıya aprelin 29-da gələcək. Səhəri gün isə "Bakı" ilə "Atletiko" arasında sınaq matçı keçiriləcək.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Maçt saat 19:00-da start götürəcək.
Əlavə edək ki, Madrid klubu oyun bitdikdən dərhal sonra Bakını tərk edəcək.