Bu gün Kapital Bank U-15 Liqasının ikinci mərhələsində 2-ci turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, "Şəfa" stadionunun 4-cü meydançasında "İnter" "Neftçi"ni qəbul edib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, iki oyundan sonra "İnter"in aktivində 1 xal var.
Əlavə edək ki, Nadir Əliyevin yetirmələri növbəti turda "Bakı"nın qonağı olacaq.