İliadis Kubokundan 7 medal

9 Aprel 2013 09:26 (UTC+04:00)

Solonikidə (Yunanıstan) keçirilmiş cüdo üzrə İliadis Kuboku yarışlarında Azərbaycan komandası bir qızıl, bir gümüş və beş bürünc medal qazanıb. Siasport.az saytının məlumatına görə, fəxri kürsünün ən yüksək pilləsinə Mehman Sadıxov (55 kq) qalxıb. O, keçirdiyi dörd görüşün hamısında qələbəsini "ippon" ilə qeyd edib. Gürcüstanlı Georgi Saçaleli ilə final görüşü də istisna təşkil etməyib.

Gümüş mükafata Cəlil Cəlilov (66 kq) layiq görülüb. Üçüncü yeri isə Telman Vəliyev (60 kq), Afiq Səfərli (73 kq), Məmmədəli Mehdiyev (81 kq), Firudin Dadaşov (90 kq) və Andrey Fətiyev (+100 kq) tutub.

Qeyd edək ki, ümumi hesabda kollektivimiz 20 ölkə arasında 6-cı olub.