Dünya İqtisadi Forumu regionun inkişafı üçün çox vacib tədbirdir

8 Aprel 2013 18:49 (UTC+04:00)

Bir çox ölkələrdən gəlmiş nümayəndələrin iştirakı ilə keçirilən Dünya İqtisadi Forumu iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Ukraynanın "Qromada" birliyi idarə heyətinin üzvü, vəkil, Azərbaycana Dünya İqtisadi Forumunda (Davos Forumu) iştirak etmək üçün gəlmiş Svetlana Kolomies bu fikri AzərTAc-a müsahibəsində deyib.

S.Kolomies qeyd etmişdir ki, regionun inteqrasiyası və inkişafı baxımından bu çox vacib tədbirdir. Bu, həm də Azərbaycanın qlobal təhlükəsizliyə necə əhəmiyyət verdiyinin göstəricisidir.

Qonaq deyib ki, hazırda Azərbaycan nəinki regionda, həm də bütün dünyada sülhün bərqərar edilməsinə və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir.

S.Kolomies vurğulayıb ki, Bakı gözəlliyi və təkrarolunmaz memarlığı ilə hamını heyran edir.