Klaus Şvab: “Azərbaycan maliyyə və informasiya texnologiyaları sahəsində liderdir”

8 Aprel 2013 10:17 (UTC+04:00)

Azərbaycan maliyyə və informasiya texnologiyaları sahəsində liderlik edir. Regionun bütün ölkələri anlayırlar ki, Azərbaycanda uzunmüddətli iqtisadi müvəffəqiyyət üçün böyük potensialın təməli qoyulub. SİA-nın məlumatına görə, bunu bu gün Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab bildirib.

K.Şvabın sözlərinə görə, regionun geostrateji vəziyyəti həmçinin onun müvəffəqiyyətli inkişafı şərtidir: "Tədbirin əsas məqsədi Cənubi Qafqaz və Mərkəzi Asiyanın inkişafının əsasını qoymaqdır".

Forum iştirakçıları arasında Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyini necə gördükləri barədə sesvermə keçirilib. İştikrakçıların 62,3 faizi inteqrasiya, 22 faizi fraqmantasiya, 15,7 faizi isə qürbləşməyə səs veriblər. Həmçinin tədbirdə iştirakçılara Cənubi Qafqaz regionunun inkişafına dair video çarx da nümayiş olunub.

Qeyd edək ki, bu gün Ümumdünya İqtisadi Forumun "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda tədbir keçilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir və dövlət başçısı tədbirin açılışında çıxış edib.