WTI markalı neft ucuzlaşıb

8 Aprel 2013 09:32 (UTC+04:00)

Aprelin 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,56 dollar və ya 0,6% azalaraq 1 barelə görə 92,70 dollar olub. SİA-nın xəbərinə görə, aprelin 5-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,19 dollar və ya 2,1% azalaraq 104,15 dollar təşkil edib.