Amerikanın elektronika nəhəngi "Apple" şirkəti bu rüb yeni "iPhone" smartfonu istehsal edəcək. Britaniyanın "BBC" radiostansiyası bildirib ki, qurğu ölçü və formasına görə "iPhone 5" smartfonunu xatırladacaq. "Apple" şirkəti eyni zamanda asiyalı tərəfdaşları ilə ucuz "iPhone" modeli üzərində işləyir.
Qeyd edək ki, bu ilin ikinci yarısında büdcəyə uyğun smartfonun satışa çıxarılacağı gözlənilir.