Milli dövlət modelində hər şeydən öncə hər hansı bir dərnək, fond və ya vətəndaş cəmiyyət təşkilatlarının xaricdən maliyyə yardımı alınması ölkə üçün ziyanlı tərəfləri ilə diqqəti daha çox cəlb edir.
Xaricdən gələn maliyyənin qarşılığı
Layihə adı altında xarici ölkələrdən alınan maliyyə ilə, yerli ölkənin mənfəətlərinə xidmət ediləcəyi iddiası məntiqə uyğun gəlmir. Heç bir ölkə və heç bir dövlət, öz sosial və iqtisadi inkişafı üçün başqa ölkələrdən gələn qaynaqlara bel bağlaya bilməz.
Qlobal sərmayə sahibləri, inkişaf etməkdə olan ölkələrə borc pul verərkən belə bunun geri ödəməsində ən yüksək nisbətdən faizini istədiyi bir zamanda inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarına ictimai inkişafın təmin edilməsi üçün qarşılıqsız, həm də, dəfələrlə pul verdiyinə inanmaq sadəlövhlük olardı.
Günümüzdə beynəlxalq səviyyədə fəaliyyət göstərən QHT-lərin sayı minlərlədir. Sadəcə onu qeyd etmək kifayətdir ki, ECOSOC tərəfindən məsləhətçi statusu almış beynəlxalq QHT-lərin sayı 2011-ci ilin noyabr ayı üçün 3536-ya bərabərdir. Azərbaycanda isə 100-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib
Donor təşkilatların əsas qayəsi
Maraqlıdır ki, yüzlərlə QHT-ni maliyyələşdirərək milyonlarla dollar pul xərcləyən donor təşkilatların əsas qayəsi nədən ibarətdir? Məsələn, təkcə Milli Demokratiya İnstitutu Azərbaycanda 25 QHT-yə 1 milyon dollardan çox maliyyə ayırıb.
Analitiklərin fikrincə, bəzi xarici ölkələrin mərkəzi kəşfiyyat idarələrinin nəzarətində olan bu qurumların qarşısına müəyyən məqsədlər qoyulur. Elə təşkilatlar var ki, transmilli korporasiyaların fəaliyyəti ilə məşğul olaraq monitorinqlər aparırlar. Məqsədləri isə hökumətlərin fəaliyyətini nəzarətə saxlamaq və lazım olanda onlara müəyyən təzyiqlər göstərməkdir. Bəzi fondların vəzifəsi yalnız etnik qrupları maliyyələşdirməkdən ibarətdir ki, guya onların mədəniyyətinin, dilinin və dinin inkişafı ilə məşğul olurlar. Lakin müəyyən müddətdən sonra həmin etnik qruplardan yerli hökumətlərin əleyhinə istifadə edirlər. Xüsusilə keçmiş sovet respublikalarında donor təşkilatları mövcuddur ki, yerli hökuməti nəzarətdə saxlamaq, ABŞ-ın maraqlarını təmin etmək üçün fəaliyyət göstərirlər.
Məsələn "SOROS" fondu əsasən keçmiş sovet ölkələrində fəaliyyət göstərirdi. Əsas məqsəd isə keçmiş sovet ölkələrinin demokratikləşməsi adı altında özləri üçün tərəfdar toplamaq idi ki, istədikləri vaxt həmin ölkələrə təzyiq edə bilsinlər. "Human Right Watch" və "Amnesty İnterntional" təşkilatları vasitəsilə ilə isə istədikləri hakimiyyətə təsir edirlər və adı çəkilən təşkilatları bu məqsədlə yaradıblar. Əgər hər hansı bir hökumətin vətəndaşları ilə problemləri vardırsa, bu təşkilatlar vasitəsilə həmin dövlətin beynəlxalq imicinə və dayaqlarına zərbə vurulur. Nəticədə isə təzyiq etdikləri hökumət nəzarətə götürülür. Dolayısı yolla yaradılan monitorinq təşkilatlar vardır ki, yerli hökumətlərə risklərlə bağlı maliyyə sanksiyası tətbiq edir və külli miqdarda maliyyə alırlar.
Harada savaş, inqilab vardırsa...
Ən təhlükəli təşkilatların Mərkəzi Kəşfiyyat İdarəsinə daxil edilən front qrupudur ki, bunlar "SOROS", "Amnesty İnternational", "Human Right Vatch", "Revne Vatch" təşkilatlarıdır. Bu təşkilatların böyük əksəriyyəti məxməri, qızılgül və narıncı, "Ərəb Baharı" kimi silsilə inqilablar hazırlamaqla məşğuldurlar.
1941-ci ildən fəaliyyət göstərən "Freedom House" təşkilatın saytında onlar özləri haqqında belə yazırlar: "İllər boyunca azadlıq mübarizələrinin və müzakirələrinin içində olduq. 1940-cı illərdə NATO-nun və Marşal Planının müdafiəçiləri olduq, 1950 və 1960-cı illərdə Amerika vətəndaş cəmiyyətinin haqlarının qorunmasının öncülü, 1970-ci illərdə vyetnamlıların müdafiəçisi, 80-ci illərdə Polşanın birliyi və Filippində demokratikləşmə hərəkatlarının müdafiəçisi..."
Harada savaş, inqilab vardırsa, onun öncəsi orada "Freedom House"un izlərini görmək mümkündür.
Quruma maliyyə axıdan fondlar arasında Corc Sorosa aid "SOROS" Fondu və ABŞ Dövləti diqqət çəkir. "Freedom House" təşkilatının üzvləri arasında alimlər, zəngin iş adamları, jurnalistlər və ABŞ-ın keçmiş hökumət nümayəndələrinə rast gəlmək mümkündür. Bunların arasında məşhur "Forbes" jurnalının sahibi kimi maraqlı şəxslər də var. "Freedom House"un İdarə Heyətinin sədri Uilyam Taft isə Müdafiə Katibinin sabiq müavinidir. Və yaxud Beynəlxalq Amnistiya Təşkilatının yeni təyin olunmuş icraçı Suzan Nosel ABŞ Dövlət Katibinin sabiq müavinlərindən biridir. Eyni şəkildə, Beynəlxalq Böhran qrupunun sədri Tomas Pikkering (sabiq səfir) və İcra komitəsinin üzvü Morton Abramoviç (Dövlət Katibinin sabiq müavini) də təşkilata gəlmədən əvvəl Dövlət Departamentində fəaliyyət göstərmişdir.
Təbii ki, QHT-lərin beynəlxalq fəaliyyətinin başqa məqsədləri də mövcuddur. Bunun ən bariz nümunəsi isə insan hüquqları və demokratiya devizi altında yürüdülən birbaşa müdaxiləçilikdir. Fransalı tədqiqatçı Mark Antuan Pöruz dö Monklonun araşdırmasına görə, Gürcüstan, Ukrayna və Qırğızıstan kimi ölkələrdə baş verən inqilabların aparıcı qüvvəsi məhz beynəlxalq QHT-lər olmuşdur. Bir çox analitiklər həmçinin "Ərəb Baharının" da eyni şəkildə beynəlxalq QHT-lərin fəaliyyəti sayəsində baş verdiyini ifadə edirlər.
"Azadlıq" və "demokratiya"nın vurduğu ziyanlar
Bəs bu "Azadlıq" və "demokratiya" küləyinin və ya baharının keçdiyi ölkələrdə hazırda vəziyyət necədir? "Ərəb Baharı"nın ilk devirdiyi diktator Əli Abdulla Saleh xalq üsyanından sonra ölkəsinin dərin xaosla yanaşı, iqtisadi cəhətdən xarici dövlətlərdən asılı vəziyyətə düşdüyünü deyib. Xalq etirazları zamanı Yəmənin milyardlarla dollar itirdiyini söyləyən Saleh, üsyan və anarxiyanın ölkəyə baha başa gəldiyini və illər uzunu davam edəcək iqtisadi böhran yaşanacağını da vurğulayıb.
"Ərəb Baharı"ndan sonra viran qalan ölkələrdən olan Liviyada inqilabdan əvvəl xalqın sosial-mədəni rifahı son dərəcə yüksək idi. Dövlət hər bir ailə üzvünə ildə 1000 dollar dotasiya, işsizlərə 730 dollar müavinət, hər yeni doğulmuş körpəyə görə ailəyə 7000 dollar verirdi. Yeni evlənən cütlüklərə 64 min, şəxsi biznes qurmaq istəyənlərə 20 min dollar hədiyyə edirdi, təhsil və səhiyyə pulsuz idi, xaricdə təhsil almaq istəyənin xərcini dövlət ödəyirdi, elektrik enerjisi pulsuz idi, saxta dərman və ərzaq satanı ölüm hökmü gözləyirdi.
Və Qəddafi qərbli "zəlilərə" ölkəsinin sərvətlərini talamağa imkan vermirdi. Bunlar isə Qərb "demokratiya"sına zidd idi. Əsl "demokratiyanı" sadə liviyalıların başına göydən səpmək lazım idi.
Bəşər Əsədin 12 illik hakimiyyəti dövründə ölkədə inşa etdirdiyi 8 min məktəb, 2 yüz institut, 40 universitet açılması da ABŞ-ı qıcıqlandırıb. Suriyada adam başına düşən milli gəlirin 300 faiz artması, son 12 ildə bu ölkədə tikilən 11600 min yaşayış massivi, 6 min xəstəxana, poliklinika, yeni qurulan 5 iri sənaye şəhəri, 600 faiz artan əkinçilik və sənaye istehsalı, canlanan turizm sektoru da Qərbi narahat edirdi.
Ümumilikdə baş verənlər idarəolunan xaos nəzəriyyəsinin ölkələrdə tətbiqinə cəhdlərin olduğunu göstərir. Oyunçular, adları və vasitələr dəyişə bilər, amma məqsəd birdir: cəmiyyətdəki münasibətlərin deformasiyaya uğraması və qarşıdurmaların yaşanması, vəziyyətin idarəçiliyini də öz əllərində saxlamaq.