Aprelin 4-də "Microsoft" korporasiyası tərəfindən hazırlanmış "Windows 8" əməliyyat sistemi ilə təchiz olunmuş "Surface" planşeti Rusiyada satışa çıxarılıb. SİA-nın məlumatına görə, planşet 2 variantda təqdim olunub: "Windows 8" ilə təchiz olunmuş "x86" prosessorlu "Surface Pro" və "Windows RT" bazasında işləyən, ARM prosessorlu "Surface RT".
Rusiyada yalnız "Surface RT" satışa çıxarılıb. 32 GB yaddaşı olan planşetin qiyməti 665 dollar, 64 GB planşetin qiyməti isə 760 dollardır. "Microsoft"un saytında isə "Surface RT" planşetinin qiyməti 633 dollardan başlayır.
