Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yarış keçirilib

1 Aprel 2013 17:39 (UTC+04:00)

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Aura" İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərbəst döyüş növləri üzrə açıq Bakı turniri keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə Maştağa OİK, "Emir"İK, "Aura" İK, "Sabunçu-Sport" İK, Lənkəran şəhərinin idmançıları ilə yanaşı, Gürcüstan, Dağıstan və Çeçenistandan gələn döyüşçülər də iştirak ediblər. Yekun nəticələrə görə komanda hesabında I yeri "Sabunçu-Sport" İK, II yeri "Aura" İK, III yeri isə Dərbənd komandası tutub.

Qeyd edək ki, qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və qiymətli hədiyyələrlə yanaşı, Beynəlaxalq Döyüş Növləri Assosiyasının təsis etdiyi xüsusi kəmərlərlə təltif olunublar.