"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:
- ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin ilk həftəsində regiona növbəti səfərini reallaşdıracaqlar. Bu səfərdən gözləntilər nə olacaq? Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir addım atıla bilərmi?
- İlk növbədə bilmək lazımdır ki, ATƏT-in Minsk qrupu BMT-nin onlara verdiyi mandat altında fəaliyyət göstərirlər. Amma çox təəssüf ki, bu qurum artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Minsk qrupu öz fəaliyyəti dövründə bəzən aktiv bəzən passiv olsa da konkret nəticə əldə edə bilməyib. Amma nəzərə alsaq ki, son dövrlərdə ATƏT-in Minsk qrupunun həmsdər ölkələrinin təyin etdiyi nümayəndələr Azərbaycana gəlmirlər və Ermənistan-Azərbaycan konfilikti ilə bağlı heç bir təklif irəli sürmürlər. Beləcə, bir növ passiv mərhələ yaşanır. Aprel ayına planlaşdırılan səfəri hesab edirəm ki, özlüyündə müsbət bir hadisədir. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi bəzilərinin qeyd etdiyi kimi dondurulmuş münaqişə deyil. Münaqişəni dondurmaq olmaz. Münaqişə ocağı var və o istidir. Hər gün cəbhə xəttində hadisə baş verir və hər iki tərəfdən itkilər olur. Axı belə olan təqdirdə bunu necə dondurulmuş münaqişə adlandırmaq olar? Hər bir Azərbaycan vətəndaşı hər gün torpaqları işğal etdiyini hiss edir və bununla yaşayır. Bu mənada hesab edirəm ki, nəhayət ATƏT-in Minsk qrupunun həmsədrləri başa düşməlidir ki, bu münaqişə haqqında danışanda bu kimi ifadələri işlətmək olmaz. Bu aktual və həllinin gözləyən problemdir. İndiki şərtlər içərisində bu məsələ həll olunmasa gələcəkdə regiona heç də xoş olmayan prespektivlər vəd edir. Azərbaycanın iqtisadiyyatı günü-gündən inkişaf edir və hərbi sənayesi güclənir. Hesab edirəm ki, Ermənistan da girovdan qurtulmağı bacarmalıdır.
- Hikmət müəllim, Rüstəm İbrahimbəyov Eldar Namazovla birgə Milli Şura yaradılması təklifi ilə çıxış ediblər və hətta bununla bağlı "El" hərəkatının nəzdində şurada təmsil olunacaq insanların siyahısını belə tərtib ediblər. Əsas məqsəd isə Eldar Namazovu vahid namizəd qismində gündəmə gətirməkdir. Amma bu siyahı özlüyündə müəyyən narazılıqlara səbəb olub. Bəs, sizin bu siyahıya yanaşmanız necədir?
- Bu gün Azərbaycan dövləti, cəmiyyəti durmadan inkişaf edir. Azərbaycan özünəməxsus iqitsadi, siyasi inkişaf modeli müəyyənləşdirib. Qərbə inteqrasiya yolunda ölkəmiz çox ciddi addımlar atıb. Dövlətimizin sosial, siyasi pramidasının bütün təbəqələri istər dövlət qurucluğu prosesində istərsə də ölkədə bərqərar olmuş siyasi proseslərdə öz demokratik hüquqlarından istifadə edərək iştirak edirlər. Bu mənada hesab edirəm ki, ümumiyyətlə, "Milli Şura" adlandırılan qurumun yaradılması fəlsəfəsi aktual deyil. Çünki bu tipli şuralar keçid dövrünə xas olan təşkilatlanmalar olur və müəyyən mərhələdə özünün rolunu oynadıqdan sonra tarixin arxivinə qovuşur. Bu tipli şuralar da Azərbaycanda 1998-93-cü illərə qədər yaradıldı və öz fəaliyyətinə başladı. Hesab edirəm ki, "milli" sözünün nə leksik nə semantik mənası ilə heç bir əlaqəsi olmayan nümunəsi Azərbaycan üçün aktual deyil. İkincisi isə əgər belə bir şuraya ehtiyac varsa, bunu millət özü yaratmalıdır. Çox təəssüf ki, Azərbaycanda bu sözü gedən Şuranı yaradan bəzi adamlar, o cümlədən Rüstəm İbrahimbəyov kimi insanlar bir tərəfdən yalançı ittihamlarla ölkəmizdə hakimiyyəti tənqdir edir, digər tərəfdən də təkbaşına "Milli Şura" adlandırılan oyuncaq quruma adlar yazaraq, siyahı tərtib edirlər. Bəs, onda hadisəyə yanaşmanın demokratik mahiyyəti harda qaldı? Əgər bu belədirsə, siz bir tərəfdən kimisə avtotarizmdə ittiham edib digər tərəfdən özünüz burada hansısa şüarı müəyyənləşdirirsinizsə, onda siz kimsiniz? Axı, R.İbrahimbəyov, sizə bu səlahiyyəti kim verib ki, millətin adından "Milli Şura" yaradırsınız? Bu xarakterli bir insan, vergi qaçaqçısı olan adam, Eldar Namazov millətin adından sui-istifadə edərək "Şura" yaratmağa çalışır. Əgər siz bu xasiyyətlə, xarakterlə hakimiyyətə gəlirsinizsə onda kim olacaqsınız? Deməli, bu zaman da dövləti oğurlayacaqsınız. Əgər siz vergidən yayınırsınıza, səlahiyyətiniz olsa, görün, daha nələrdən yayınacaqsınız. Əgər siz E.Namazov, hüquqi münasibətlərə tabe olmursunuzsa, icarə haqqını ödəmirsinizsə və bunu da siyasiləşdirib cəmiyyətə siyasi alət kimi təqdim edirsinizsə hakimiyyətdə olduğunuz zaman daha nələr edəcəksiniz? Məhz buna görə də bu cür adamları Azərbaycan xalqı, cəmiyyəti qəbul etmir. Bütövlükdə Azərbaycanda oturuşmuş siyasi sistem var, mövcuddur və bu siyasi sistem yad, dağıdıcı, xaotik ünsürləri qəbul etmir əksinə rədd edir. Hesab edirəm ki, "El" hərəkatı ölü doğulmuş bir hərəkatdır. Çünki bu hərəkat Azərbaycanın bu günü üçün aktual deyil.
- Arif Hacılı açıqlamalarının birində bildirib ki, Rəsul Quliyev böhtançı, şantajçı açıqlamalarla Müsavat Partiyasına və Azərbaycan cəmiyyətinə qarşı yönəlmiş fikirlər səsləndirir. Bu da təbii ki, R.Quliyevlə A.Hacılı arasında qarşıdurmaya gətirib çıxarıb. Bu barədə nə deyə bilərsiniz?
- Bilirsiniz müxalifət adlandırdığımz marginal radikal qrupun üzvləri olan hər bir kəsin bir-birinə qarşı patoloji nifrəti vardır və bu niftərin də əsasları mövcuddur. Çünki zaman-zaman bunlar ayrı-ayrı düşərgələrdə təmsil olunmaqla fərqli siyasi mövqelərin üzvü olublar. Hətta bununla belə eyni tərəfdə olan müxalifət üzvləri belə şəxsi ambisiya, kariyera ucbatından bir-birinə düşmən kəsiliblər. Buna görə də marginal qruplar arasında olan daxili qarşılıqlı nifrət onları siyasi təşkilata çevirməyin yolunu kəsir. Siyasətçi olmaq daxili münasibətlərdə, ölkədaxili siyasi proseslərdə aktora çevrilmək ilk növbədə siyasi səriştəlilik, savadlılıq, dözümlülük və siyasi realizmi qəbul etməyi tələb edir. Biz dəfələrlə 1991-1993-cü və ondan əvvəlki illərdə baş verən hadisələrin videoyazılarını izləyən zaman və yaxud qəzet səhifələrində onların qarşlıqlı dialoqlarını oxuyan zaman görürük ki, onlar arasındakı münasibətlər məhəllə uşaqları səviyyəsində olan və qeyri-əxlaqi, qeyri-etik, siyasi dəyərlərə söykənməyən münasibətlərdir. Hesab edirəm ki, Rəsul Quliyevlə Arif Hacılı arasında olan münasibətlərə də bu konteksdən yanaşmaq lazımdır. Bundan yüksək səviyyə də gözləmək yersizdir. Azərbaycan cəmiyyəti onsuz da bunlardan nə erudisiya, nə intelektual siyasi mübarizə forması gözləyir, nə də ki, siyasi dözümlülük gözləyir. Məhz buna görə də bu marginal qruplar öz aralarında didişərək sonda da məhvə məhkum olur.