Ruslan Abışovun "Rubin"də debütü bu dəfə də alınmadı

30 Mart 2013 16:20 (UTC+04:00)

Rusiyanın "Rubin" futbol klubunda çıxış edən milli futbolçumuz Ruslan Abışov, bu gün də ilk rəsmi çempionat oyununa çıxa bilməyib. Siasport.az saytı xəbər verir ki, Rusiya çempionatında bu gün keçirilən "Rubin" – "Lokomotiv" oyununun protokolunda R.Abışovun da adı qeyd olunsa da, baş məşqçi Kurban Berdıyev futbolçumuza şans verməyib. Xatırladaq ki, qarşılaşma "Rubin"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.