"Kəpəz"in məşqçisi dəyişildi

30 Mart 2013 11:53 (UTC+04:00)

"Kəpəz" klubunda məşqçi dəyişikliyi olub. Siasport.az saytının məlumatına görə, bu gündən etibarən klubun əvəzedici heyətinin baş məşqçisi Mehman Hacıyev AFFA-da C lisenziyalı məşqçi kurslarına qatılacaq. Buna görə də bir müddət öncə karyerasını bitirmiş komandanın sabiq kapitanı Azər Məmmədov "Kəpəz"in əvəzedici heyətinə rəhbərlik edəcək.