TQDK: "İmtahanlara yazılış başa çatmaq üzrədir"

29 Mart 2013 14:08 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013-ci il aprelin 7-də keçiriləcək sınaq imtahanlarına yazılış başa çatmaq üzrədir. Komissiyadan SİA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün Respublika üzrə abituriyentlərə 34464 yer ayrılmış və qeydiyyat internet vasitəsilə martın 28-dən aparılıb. 29 mart saat 10:30-a olan məlumata əsasən ayrılan yerlərdən yalnız 2-nə yazılış edilməyib.

Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 14-də keçiriləcək və həmin tarix üzrə yazılış davam edir.