“İnter” “Neftçi” ilə oyuna hazırlaşır

29 Mart 2013 14:17 (UTC+04:00)

"İnter" 24-ci tur çərcivəsində "Neftçi"yə qarşı keçirəcəyi oyuna hazırlaşır. Siasport.az saytının məlumatına görə, dünən "Şəfa" stadionunda keçirilən məşqdə futbolçular əsasən topla çalışıblar, qapılara zərbə endiriblər və məşqçinin digər tapşırıqlarını yerinə yetiriblər.

Xatırladaq ki, "İnter" - "Neftçi" matçı sabah baş tutacaq. Oyun "Şəfa" stadionunda keçiriləcək və saat 17:00-da başlayacaq.