Bahalaşma bu gün də davam edib

29 Mart 2013 09:43 (UTC+04:00)

Martın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,65 dollar və ya 0,7% artaraq 1 barelə görə 97,23 dollar olub. SİA-nın xəbərinə görə, martın 28-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,33 dollar və ya 0,3% artaraq 110,02 dollar təşkil edib.