Uzun zamandır yaradıcılığı ilə bağlı Türkiyəyə səfər edən müğənni Röya yorulmadan çalışır. SİA-nın verdiyi xəbərə görə, ifaçı növbəti "Çarəsiz xəstəlik" adlı mahnısını tamaşaçıların ixtiyarına verib.
Qeyd edək ki, adıçəkilən mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Pərviz Mahmudova məxsusdur.