"Qarabağ" tam heyətlə hazırlaşır

28 Mart 2013 17:14 (UTC+04:00)

"Qarabağ" klubu Premyer Liqanın final mərhələsinin II turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, 2 gün sonra baş tutacaq mücadilə üçün Ağdam təmsilçisi nəhayət ki, tam heyətlə toplaşa bilib. Milli komandadan qayıdan 10 futbolçu düşərgəyə qoşulub. "Qarabağ" günün yeganə çalışmasına saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda çıxıb.