"Xəzər Lənkəran" "Arsenal"ın hücumçusu Andrey Arşavinin yayda bu komandaya keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Siasport.az saytının məlumatına görə, klubun idman direktoru Babək Quliyev Sportal.az-a açıqlamasında məlumatı təkzib edib. B.Quliyev bu barədə heç nə bilmədiyini söyləyib: "Düzdür, son vaxtlar mətbuatda Arşavin və "Xəzər Lənkəran"la bağlı müxtəlif xəbərlər yazılır. Amma məndə belə bir məlumat yoxdur".
Xatırladaq ki, "Xəzər Lənkəran"ın Arşavinə həftəlik 10000 funt-sterlinq müqabilində 2 illik müqavilə təklif etdiyi söylənilir.