Paytaxtın ən güclü hokkey komandaları müəyyənləşdi

28 Mart 2013 16:21 (UTC+04:00)

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Otüstü Hokkey Federerasiyasının stadionunda otüstü hokkey üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, I yerə "Akkord" (Sumqayıt), II yerə "Təhsil" (Bakı), III yerə isə "Atasport" (Binə) komandası layiq görülüb.

Qeyd edək ki, qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.