Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanovun Braziliyanın Mədəniyyət naziri Marta Suplisi ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər nazirliyinin mətbuata xidmətindən məlumat verilib. Görüşdə Azərbaycan və Braziliya arasında olan mədəni əlaqələrin hazırkı vəziyyəti, mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra səfir Elnur Sultanov braziliyalı nazirə Azərbaycanın qədim və zəngin mədəniyyəti, tolerantlıq ənənələri, mədəniyyətlərarası dialoqda oynadığı rol, Azərbaycanda həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər barədə geniş məlumat verərək müvafiq materiallar təqdim edib.