Baş prokuror vətəndaşlarla görüşəcək

28 Mart 2013 12:10 (UTC+04:00)

Respublikanın baş prokuroru Zakir Qaralov ölkənin qərb bölgəsinə səfər edəcək. SİA-nın bölgə müxbirinin məlumatına görə, Zakir Qaralov Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarının sakinləri ilə görüşəcək.

Qeyd edək ki, adıçəkilən rayonların İcra Hakimiyyətlərindən verilən məlumata görə, hazırda qəbula düşmək istəyən vətəndaşların qeydiyyatı aparılır. Qəbulun təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

İlham Məmmədov