Azərbaycan Oikos beynəlxalq təşkilatına üzv oldu
28 Mart 2013 10:05 (UTC+04:00)
Azərbaycan "Oikos" beynəlxalq təşkilatının İdarə Heyətinin səs çoxluğu ilə bu təşkilata üzv olub. SİA-nın xəbərinə görə, bu barədə mətbuata "Oikos" beynəlxalq təşkilatının Azərbaycan Nümayəndliyinin prezidenti Kamal Cəfərov məlumat verib.
"Oikos-Azərbaycan" hazırda Bakıda qlobalizasiya və iqtisadi davamlılıq mövzusunda elmi konfrans keçirmək niyyətindədir. Bundan başqa, "Oikos" dəyərlərinin Azərbaycanda təbliği məqsədilə Bakıda ilk "Oikos" Yay Məktəbini keçirmək də fəaliyyət planınımıza daxildir" deyə Kamal Cəfərov bildirib.
Qeyd edək ki, "Oikos" davamlı iqtisadiyyat və idarəetmə sahəsində dünyada beynəlxalq tələbə təşkilatı olaraq davamalılığı və dəyişiklikləri təbliğ edənlərin aparıcı təşkilatdır. "Oikos" təşkilatı 1987-ci ildə İsveçrədə yerləşən Sent Qallen Universitetinin tələbələri tərəfindən təsis edilib. Lakin illər keçdikcə bu təşkilat iqtisadiyyat, idarəetmə və ətraf mühit sahəsində çalışan aparıcı beynəlxalq tələbə təşkilatına çevrilib.