Bərdə şəhərindən 15 km şimalda zəlzələ baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, gecə saat 02:14-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, Bakı vaxtı ilə saat 01:25-də Bərdə şəhərindən 15 km şimalda zəlzələ qeydə alınıb.
Yeraltı təkanların gücü episentrdə 3 bal olub. Zəlzələ Bərdə şəhərində hiss olunub. İlkin məlumata əsasən dağıntı və insan tələfatı olmayıb.