Goranboyda avtobus aşdı, 12 yaralı

27 Mart 2013 21:16 (UTC+04:00)

Bu gün Goranboy rayonunun Ağcakənd kəndində ağır yol qəzası baş verib. Verilən məlumata görə, kənd ərazisində sərnişinlə dolu mikroavtobus aşıb. Avtobusun dərəyə yuvarlanması nəticəsində 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılardan 4 nəfərinin xəsarəti ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırmalar aparılır.