Yığmamız birinci oldu

27 Mart 2013 17:41 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, martın 17-dən etibarən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avstriyada təlim-məşq toplanışındadır. Siasport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində yığmamız turnirdə iştirak edib. İlk oyunda Macarıstanın "Haladas" komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğradan, ikinci qarşılaşmada Gürcüstanın U-21 yığması ilə 1:1 hesablı heç-heçə edən futbolçularımız son qarşılaşmada Albaniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qalib gələrək, turnirdə birinci yeri tutublar.