“Olsun” deyəcək

27 Mart 2013 15:49 (UTC+04:00)
Azərbaycanlı müğənni Rövşən Civişov yaxın günlərdə yeni "Olsun" adlı mahnısını dinləyicilərinə təqdim edəcək. SİA-nın verdiyi xəbərə görə, sözügedən mahnının sözləri və musiqisi Turala məxsusdur. Rövşənin fikrincə bu mahnı ilin ən uğurlu musiqilərindən olacaq. Civişov "Olsun" mahnısını tamaşaçıların ixtiyarına verdikdən sonra həmin musiqiyə klip də çəkdirəcək.