"Qaya" Dövlət Ansamblının solisti Şölə Səfərəliyevanın "Sevən ürəklər" qrupu ilə birlikdə oxuduqları "Əlvida" adlı klipin təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, ərsəyə gələn klipə dair görülən bütün işlər qrup üzvlərinə aiddir. "Sevən Ürəklər" qrupunun solistləri Nicat Zeynallı, Nail Yusifov və Şaiq Çələbidordur. Klipin ekran işi Nicat Zeynallıya, mahnı mətni və musiqisi Nail Yusifova, aranjemanı Emin Murada, operatoru isə Şəhriyar Əliyevə məxsusdur.
Təqdimatda maraqlı rəqəm açıqlanıb. Klip 0 AZN-ə çəkilib. Müğənni Şölə Səfərəliyeva zarafatla onu əlavə edib ki, fotoaparatla gerçəkləşən klipin çəkilişində nahar vaxtı cəmi iki perajkiyə pul xərcləyiblər.