Atəşkəs rejimi pozuldu

27 Mart 2013 09:52 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Qızıl Oba, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.