Bu ilin iyul ayında Avropa Birliyinə üzv olacaq Xorvatiya qurum qarşısında götürdüyü öhdəçiliyə uyğun olaraq Türkiyə ilə vizanı ləğv edəcək. Vizanın tətbiqi aprel ayının 1-dən etibarən qüvvəyə minəcək. Viza qiymətinin isə 15 avro olacağı bildirilir. Alınacaq vizanın müddəti isə 90 gün olacaq. Hər iki ölkənin vətəndaşları viza almaq üçün ölkələrində fəaliyyət göstərən konsulları və ya səfirliklərə müraciət etməlidirlər.
Qeyd edək ki, buna səbəb Türkiyənin AB-yə üzv olmaması ilə bağlıdır.