Erməni silahlıları mövqelərimizi atəşə tutublar

25 Mart 2013 10:11 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun işğal olunmuş Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.