AMİ tələbə elmi cəmiyyətinin konfransı keçiriləcək

24 Mart 2013 14:20 (UTC+04:00)

Mayın 25-də Azərbaycan Müəllimlər İnstitutu (AMİ) tələbə elmi cəmiyyətinin 28 May- Respublika Gününə həsr olunmuş yeddinci elmi konfransı keçiriləcək. SİA-nın məlumatına görə, elmi rəhbərin yazılı variantda rəyi, yazılı və elektron variantda, iki nüsxədə anket, elektron variantda posterlər mayın 10-dək təşkilat komitəsinə təqdim olunmalıdır.

AMİ-nin filiallarında tələbə elmi cəmiyyətlərinin konfransları mayın 5-dək keçirilməli, yeddinci tələbə elmi konfransında iştirak etmək hüququ qazanan qaliblərin posterləri mayın 10-dək təşkilat komitəsinə göndərilməlidir.

Posterlər çap edilməklə mayın 20-dən 22-dək qeydiyyatdan keçiriləcək. Göstərilən müddətdə qeydiyyatdan keçməyən posterlər qəbul olunmayacaq.