Erməni parlamentində silahlı atışma olub

22 Mart 2013 18:50 (UTC+04:00)

Bu gün Ermənistan parlamenti qarşısında silahlı atışma olub. SİA erməni mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla təxminən 14:30 radələrində bıçaqla silahlanmış şəxs Ermənistan parlamentinin binasına soxulmağa çalışıb. Parlamentin təhlükəsizlik xidməti şəxsdən silahı onlara təhvil verməyi tələb etsələrdə o buna əməl etməyib. Bundan sonra güc strukturlarının əməkdaşları ona odlu silahdan atəş açıblar.

Hadisə şahidlərinin sözlərinə görə, iki atəş səsi eşidilib. Hazırda yaralı cinayətkar İrəvandakı xəstəxanalardan birinə yerləşdirilib.