Növbəti avtomobil qəzası

21 Mart 2013 11:18 (UTC+04:00)

Bakının Nərimanov rayonunda "Toyota" markalı minik avtomobilinin sürücüsü qəza törədib. SİA-nın məlumatına görə, o, idarə etdiyi nəqliyyat vasitəsini diqqətsilzikdən yol kənarındakı beton dirəyə çırpıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Yaralıya ilk tibbi müdaxiləni FHN-nin xilasediciləri göstərib və yaralı hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib. Bundan başqa, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 02:09-da başa çatıb.