19, 20 21 mart tarixlərində Akademik Milli Dram Teatrında Novruz şənliyi münasibəti ilə "Novruz gəlir" tamaşası nümayiş olunur. SİA-nın məlumatına görə, xalq oyunları əsasında hazırlanan nağıl-tamaşanın müəllifi Elnur Məmmədov, quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşada Akademik Milli Dram Teatrının aktyorları Əlvida Cəfərov (Piri baba) Ramin Şıxəliyev (Kosa), Cümşüd Zeynalov (Keçəl), Güney Əkbərova (Bahar qızı), Elnur Qədirov (Birinci ozan) və Rəşad Bəxtiyarov (İkinci ozan) çıxış edirlər.