Bağdad qan gölünə çevrildi

20 Mart 2013 09:49 (UTC+04:00)

İraqın paytaxtı Bağdadın müxtəlif rayonlarında 7 partlayış baş verib. Polisin məlumatına görə, şiələrin məskunlaşdığı rayonlarda avtomobillər partladılıb. Partlayışlar nəticəsində 50 nəfər ölüb, onlarla adamın da yaralandığı bildirilir. Polis terror aktı qurbanlarının sayının artacağını istisna etməyib.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.