"Beynəlxalq təşkilatlarda Azərbaycanla Gürcüstan hər zaman bir-birlərinə dəstək olub". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyində təşkil olunan mətbuat konfransında nazir Elmar Məmmədyarov gürcü həmkarı Maya Pancikidze ilə görüşündə səslədnirib.
Nazir bildirib ki, Azərbaycanla Gürcüstan arasında yüksək səviyyədə əməkdaşlıq mövcuddur: "Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri çox önəmli layihələrdən biridir. Hesab edirəm ki, əməkdaşlığımız bundan sonra davam etdiriləcək".
Gürcüstan XİN Maya Pancikidze isə Azərbaycanda olmağından böyük şərəf duyduğunu dilə gətirib. Bildirilib ki, Azərbaycanla Gürcütsan arasında ikitərəfli əlaqələr hər zaman səmərəli olub: "Biz Azərbaycan XİN Elmar Məmmədyarovla iki ölkə arasında münasibətlər, enerji, iqtisadi layihələr və digər məsələləri müzakirə etdik".
O, Ermənistanla münasibətlərə də aydınlıq gətirərək Ermənistanla qonşu olduqlarını və bütün qonşularla normal münasibət qurmağa çalışdıqlarını vurğulayıb.
Qeyd edək ki, Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin martın 28-də Batumidə görüşü təşkil olunacaq.