Elmar Məmmədyarov məsələyə aydınlıq gətirib

19 Mart 2013 14:06 (UTC+04:00)

"Qəbələ RLS-in bağlanması ilə əlaqədar olaraq Rusiya ilə danışıqlar davam etdirilir". SİA-nın verdiyi xəbərə görə, bununla bağlı Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstanlı həmkarı Maya Pancikidze ilə birlikdə keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, bu işlə Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov məşğul olur: "Qəbələ RLS-in təhvil-təslim edilməsinə dair Azərbaycan və Rusiya arasında proses davam edir. Prosesin nə vaxt bitəcəyini dəqiq deyə bilmərəm. Hesab edirəm ki, bu məsələ tezliklə öz həllini tapacaq.

Ceyhun Eyyubov