Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucu prezidenti, mərhum Rauf Denktaşın nəvəsi intihar edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Can Denktaşın borcları səbəbilə intihar etdiyi bildirilir. Yaxındoğu Universitetindən yayılan yazılı açıqlamada Rauf Denktaşın nəvəsi Can Denktaşın bütün müdaxilələrə baxmayaraq gecə saat 01:20-də dünyasını dəyişdiyi bildirilib.
Can Denktaş dünən günorta saatlarında Lefkoşa bələdiyyəsi məzarlığında atası Raif Denktaşın məzarının üstündə qarnına atəş açıb. Ağır yaralı halda xəstəxanaya aparılan Can Denktaş 6 saatlıq əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Ancaq onu xilas etmək mümkün olmayıb.
İddialara görə, Can Denktaş iqtisadi problemlərinə görə intihar edib. Can Denktaş iki il əvvəl kredit borcunu ödəyə bilmədiyi üçün həbs olunub, nənəsi Aydın Denktaş borclarını ödəyincə azad edilib. Lefkoşa və Girnə məhkəmələrində borcları səbəbilə Can Denktaşın əleyhinə çox sayda cinayət işi olduğu bildirilir.