Azərbaycanda zəlzələ olub

19 Mart 2013 13:33 (UTC+04:00)

Azərbaycanda zəlzələ olub. Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ martın 19-u saat 00.30-da Xəzər dənizində, Qobudan 203 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 3.00, dərinliyi 26 km olub.

Zəlzələ hiss olunmayıb.