“İkinci həyat” ın gecəsində nələr baş verdi?

19 Mart 2013 10:38 (UTC+04:00)

Dünən "Ritm" rəqs qrupu "İkinci həyat" adlı konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, onlarla eyni səhnəni müğənnilərdən Rəhim Rəhimli və Niyam Səlami, rəqs qruplarından "Cigitler", "Dikiy Kavkaz", "Gənclik" və "Crazy Eyes" bölüşüb.

Maraqlı rəqs növləri nümayiş etdirən qrup zalda əyləşən tamaşaçıların marağına səbəb olub. Eyni zamanda gecəyə təşrif buyuran qonaqlar onları alqış yağışına tutublar.

Daha sonra mərasimə qonaq qismində qatılan müğənnilər Niyam Səlami və Rəhim Rəhimli tədbirə daha da rəng qatıblar. Rəhimli "Ritm" rəqs qrupu ilə birgə rəqs edərək yamanca tərləyib. Sənətçi o ki var özünə əl qataraq konsertin sonunadək qrupla birgə rəqs edib.

Qeyd edək ki, tədbirin sonunda Rəhim Rəhimlinin pərəsitişkarları onunla şəkillər çəkdirib.