Youtube-a rəqib gəlir!

19 Mart 2013 10:23 (UTC+04:00)

YouTube-un təsisçisi Çad Herli yeni videohostinq yaradacaq. SİA-nın məlumatına görə, bu barədə Çad Xerli Texasda keçirilən forumda bəyan edib. Biznesmen bildirib ki, yeni layihə "bir-birləri ilə əməkdaşlıq edən və yeni kontent yaradan" insanlara hesablanıb.

Qeyd edək ki, Çad Herli YouTube portalını təsis edən 3 nəfərdən biri hesab olunur. 2010-cu ilə qədər o, şirkətin icraçı direktoru vəzifəsini tuturdu. Bu vəzifəni tərk etdikdən sonra o, "Formula-1"-ə sərmayə qoymağa və geyim dizaynı ilə məşğul olmağa başlayıb.