Konsert verməyə hazırlaşır

18 Mart 2013 17:17 (UTC+04:00)

Əməkdar artist Teymur Əmrah solo konsert verməyə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, sözügedən konsert Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. Sənətçi dəqiq tarixi bəlli olmasa da, konsertin iki gün davam edəcəyini bildirib.

Qeyd edək ki, hazırda Teymur Əmrah repertuarına həm yeni bəstəkar, həm də retro mahnıları daxil etməklə məşğuldur.