"Azərbaycanla iş birliyimiz "bir millət, iki dövlət" prinsipinə əsaslanaraq davam etdirilir". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin Araşdırma və Təhlükəsizlik İşləri üzrə baş direktoru Tunc Üğdül deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanla bütün sahələrdə yaxın əlaqələrə malikdir: "Türkiyə üçün qardaş ölkə olan Azərbaycanla əlaqələr regional əməkdaşlıq çərçivəsində həyata keçirilir. Biz bir millət, iki dövlət prinsipinə əsaslanaraq iş birliyimizi davam etdiririk. Azərbaycanın problemi, bizim, Türkiyənin problemi isə Azərbaycanın problemdir. Biz bütün bu problemləri birlikdə həll etməyə çalışırıq".