Məhbuslar həbsxanadan vertolyotla qaçdılar

18 Mart 2013 10:39 (UTC+04:00)

Kanadanın Montreal şəhərinin şimal-qərbində yerləşən Saint-Jerome həbsxanasından iki məhbus helikopter vasitəsiylə qaçıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həbsxananın həyətində olan helikopteri ələ keçirən məhkumlar pilotu ölümlə təhdid edərək ərazidən uzaqlaşmağa müvəffəq olub.

Qeyd edək ki, hadisədən sonra şəhər polisi adları Hudon-Barbeau və Denni Provencal olan məhkumların axtarışına çıxıb. Helikopterdən Chertsey bölgəsindəki meşəlikdə düşən məhbuslar gizlənməyə çalşıblar. Aparılan genişmiqyaslı araşdırmalardan sonra məhbuslardan biri Hudon-Barbeau saxlanılıb. Digərinin isə axtarışları hələ də davam edir.