Uşaq Psixo-Nevroloji Mərkəzində Novruz şənliyi təşkil olunub

16 Mart 2013 17:06 (UTC+04:00)

Bu gün Uşaq Psixo-Nevroloji Mərkəzində Novruz şənliyi təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombdusman) Elmira Süleymanova, nevroloji mərkəzin baş həkimi İradə Musayeva, müalicə alan uşaqlar və onların valideynləri iştirak edib.

Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısına həsr olunmuş film nümayiş olunub. Daha sonra ombudsman E.Süleymanova çıxış edərək Novruz ənənələrindən söz açıb. Bildirib ki, Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir: "Sovet dövründə Novruz Bayramı qeyri-rəsmi qeyd olunurdu. Çünki hökümət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi. Müstəqillik əldə etdikdən sonra bu bayarm açıq şəkildə qeyd olunmağa başladı.

Daha sonra tədbir mərkəzdə müalicə alan uşaqlar və mərkəzin həkimləri tərəfindən hazırlanmış Novruz şənliyi ilə davam edib.