"Bursaspor" "Trabzonspor"a aman vermədi...

16 Mart 2013 15:02 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasında 26-cı tura start verilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə "Bursaspor" və "Trabzonspor" üz-üzə gəliblər. Meydan sahibləri Trabzon təmsilçini 3:2 hesabı ilə məğlub ediblər. Bu məğlubiyyətdən sonra "Bursaspor" turnir cədvəlində 4-cü sıradakı yerini möhkəmləndirsə də, bundan fərqli olaraq "Trabzonspor" aşağı pillələrə yuvarlanmağa davam edir.