Unudulmaz gecə yaşandı

16 Mart 2013 10:17 (UTC+04:00)

Dünən "Bakı milli geyim evi" sərgilərini nümayiş etdirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Bakı milli geyim evi" nin rəhbəri Könül, muğam ifaçısı Fərqanə Qasımova, müğənnilərdən Yaşar Yusub, Rüstəm Zeynallı, media nümayəndələri və başqaları iştirak edib.

Mərasimi giriş sözü ilə açan layihənin rəhbəri Könül sərgini açıq elan edərək hər kəsi salamlayıb.

Gecəyə rəng qatan məqam isə oğlanlarla qızların zala milli geyimdə, rəqs edərək təşrif etmələri olub. Bir-birindən fərqli milli geyim paltarlarını nümayiş etdirən rəqqas və rəqqasələr qonaqların marağına səbəb olub.

Qeyd edək ki, gecə xoş məqamlarla yadda qalıb.

Foto müəllifə məxsusdur