"Xəzər Lənkəran" yeni baş məşqçisini bu gün qarşılayacaq

16 Mart 2013 09:22 (UTC+04:00)

Bu gün "Xəzər Lənkəran"nın yeni baş məşqçisi Con Bencamin Toşak Bakıya gələcək. Siasport.az saytının məlumatına görə, İstanbuldan uçan təyyarə yerli vaxtla saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq hava limanına enəcək. Sabah isə cənab Toşakın təqdimetmə mərasimi və mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, tədbir saat 12:00-da Hilton otelinin Ametist ABC zalında baş tutacaq.